다양한 외국어 정보 및 자료는 멀티라이브러리 - 외국어 도서관 <바로가기>

다양한 국제 뉴스는 멀티라이브러리 - 뉴스 도서관 <바로가기>

다양한 외국 영화 자료는 멀티라이브러리 - 영화 도서관 <바로가기>

다양한 사진은 PPT 커뮤니케이션즈 <바로가기>



Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi

Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.
Posted by 알 수 없는 사용자


Maddə 78. Ətraf mühitin qorunması

Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Posted by 알 수 없는 사용자


Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması

Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.
Posted by 알 수 없는 사용자


Maddə 76. Vətəni müdafiə

I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir.
Posted by 알 수 없는 사용자


Maddə 75. Dövlət rəmzlərinə hörmət

Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Posted by 알 수 없는 사용자


Maddə 74. Vətənə sədaqət

I. Vətənə sədaqət müqəddəsdir

II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.

III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə,o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.
Posted by 알 수 없는 사용자


Maddə 73. Vergilər və başqa dövlət ödənişləri

I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
Posted by 알 수 없는 사용자


4-cü fəsil. Vətəndaşların əsas vəzifələri

Maddə 72. Vətəndaşların vəzifələrinin əsası

I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.

II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

III. Qanunu bilməmək məs`uliyyətdən azad etmir.
Posted by 알 수 없는 사용자


Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının tə`minatı

I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Yalnız müharibə, hərbi vəziyyət və fövqəl`adə vəziyyət, habelə səfərbərlik e`lan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan mə`lumat verilir.

IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məs`uliyyət daşımır.

Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məs`uliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
Posted by 알 수 없는 사용자


Maddə 70. Siyasi sığınacaq hüququ

I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.

II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə tə`qib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
Posted by 알 수 없는 사용자